Gündəm / Hadisə / Dünya
Qəzza zolağında ölənlərin sayı artır

İsrail ordusunun 7 oktyabrdan indiyə qədər Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 10 300 nəfəri keçib.
Globalpress.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Xatırladaq ki, dünən Qətərin “Al Jazeera” telekanalı oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayının ən azı 10 022 nəfərə çatması barədə məlumat yayaraq, onların arasında 4 104 nəfər uşağın olduğunu bildirmişdi.