Gündəm / İqtisadiyyat / Dünya
ABŞ- ın İrana sanksiyaları davam edir

ABŞ Konqresi İranın 6 milyard dollarının yenidən dondurulmasını təsdiqləyib.
ABŞ Konqresinin Nümayəndələr Palatası İrana məxsus daha əvvəl üzərindən bloklanma götürülmüş 6 milyard dolların yenidən dondurulmasına səs verib.
Globalpress.az bu barədə teleqram kanallarına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, bu tədbir yeni “İran terrorizminin maliyyələşdirilməsini qadağan edən qanun”un qəbulu çərçivəsində təsdiqlənib.
Nümayəndələr Palatasının 307 üzvü tədbirin lehinə, 119-u isə əleyhinə səs verib.