Gündəm / Hadisə / Dünya
Rusiyada yanğın olub

Çelyabinsk vilayətində taxıl anbarında baş verən yanğın nəticəsində toxumluq məhsul yanıb.
Globalpress.az- ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə noyabrın 27-də Varna bölgəsindəki taxıl anbarında baş verib, taxıl quruducusu yanıb. “Yanğın nəticəsində 10 kvadratmetr sahədə taxıl quruducusu yararsız hala düşüb, 15 ton toxumluq məhsul məhv olub”, -deyə məlumatda bildirilir.
Yanğın yerinə 9 yanğınsöndürən və 3 ədəd xüsusi texnika cəlb olunub. Ölən və yaralanan yoxdur.
Yanğının səbəbi araşdırılır