Gündəm / Siyasət / Dünya
12 İsrailli azad edilib

İsrail və HƏMAS arasında əldə olunan humanitar yardım razılaşması çərçivəsində daha 12 girov azad edilib.
Globalpress.az xəbər verir ki, İsrail və Həmas arasında əldə olunan humanitar pauza razılaşmasının 4-cü günüdür. HƏMAS-ın rəsmi Telegram hesabında edilən paylaşımda üçüncü qrup girovların da azad edildiyi bildirilib. İsrail Müdafiə Qüvvələri (IDF) dünən gecə 12 girovun azad edildiyini və tibbi müayinədən sonra onların ailələrinə qovuşacaqlarını açıqlayıb.
ABŞ prezidenti Co Bayden dünən İsrailin baş naziri Benyamin Netanyahu ilə humanitar fasilə ilə bağlı telefonla danışıb. Görüşlə bağlı verdiyi açıqlamada Bayden, "Məqsədimiz, döyüşdəki bu fasilənin sabahdan sonra da davam etməsini təmin etməkdir ki, daha çox girovun xilas edildiyini görməyə və ehtiyacı olanlara daha çox humanitar yardım çatdırmağa davam edə bilək" dedi.