Gündəm / Siyasət / Cəmiyyət
Liderlər hansı məsələləri müzakirə ediblər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ölkələr arasında strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Globalpress.az xəbər verir ki, bu barədə hökumət administrasiyasının məlumatında deyilir.
Qeyd edilib ki, görüşdə iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə əsas diqqət yetirilib, eləcə də Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb.
Gürcüstan və Azərbaycan arasında mühüm layihələr də müzakirə edilib. Buraya Orta Dəhlizin inkişaf perspektivləri, dəmir yolunun təkmilləşdirilməsi, limanların və avtomobil yollarının genişləndirilməsi daxildir.
Baş nazirin sözlərinə görə, Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, iki ölkənin nəqliyyat potensialını daha da gücləndirəcək.
Bildirilib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu Avropa-Qafqaz-Asiya dəmir yolu dəhlizinin bir hissəsinə çevriləcək.
Genişmiqyaslı layihənin - Qara dəniz sualtı kabelinin hazırlanmasına xüsusi diqqət yetirilib.
“Tərəflər dünyada və regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Baş nazir ümid edir ki, Azərbaycan tezliklə Ermənistanla sülh sazişi imzalayacaq”, - məlumatda bildirilir.
Report İA
Daha çox xəbər:

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub - FOTO

Liderlər nələri müzakirə ediblər

Azərbaycan və Gürcüstanın baş nazirləri görüşüb

Tbilisidə Türkiyə, Gürcüstan və Azərbaycanın nəqliyyat nazirləri görüşdü

Naxçıvan üzərindən Türkiyəyə dəmiryolu xətti çəkiləcək