Gündəm / Cəmiyyət / Səhiyyə
İTS -dan istifadənin müddəti uzadıldı

İcbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsi müddəti uzadılır.
Globalpress.az verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, Dövlət Agentliyinin hazırladığı “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər.
"Bununla da həmin şəxslərin icbari tibbi sığorta haqlarını yenə dövlət ödəyəcək", - Aynurə Əhmədova vurğulayıb
Daha çox xəbər:

İcbari tibbi sığorta üzrə xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq

İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların SİYAHISI

Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq

Bu şəxslər 12 manat tibbi sığorta haqqı ödəyəcək

Bu şəxslər də tibbi sığorta haqqı ödəyəcəklər - 12 manat Qanunda dəyişiklik edilir