Gündəm / Cəmiyyət / Hadisə
Sayt direktoru barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

Dünən saxlanılan "Abzas Media" saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Globalpress.az xəbər verir ki, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.
Məhkəmənin qərarı ilə Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.