Gündəm / İqtisadiyyat / Cəmiyyət
Neftin qiyməti artıb

Yaxın Şərqdə neft tədarükü ilə bağlı narahatlıqların azalması fonunda neft qiymətləri bahalaşıb.
Globalpress.az xəbər verir ki, "Brent" markalı neftin yanvar müqaviləsində bir barelin qiyməti 57 sent və ya 0,7% bahalaşaraq 81,18 ABŞ dolları olub.
“WTI" markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 51 sent və ya 0,7% artaraq 76,40 ABŞ dollarına çatıb.