Gündəm / İqtisadiyyat / Cəmiyyət
MEDİA qəzetlər üçün müsabiqə ELAN ETDİ

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir.
Globalpress.az xəbər verir ki, bu barədə
MEDİA-dan bildirilib.
Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
"Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.
Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir", - məlumatda deyilir.
Müsabiqənin qaydaları ilə buradan tanış olmaq mümkündür.
Daha çox xəbər:

MEDİA onlayn media və çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib

MEDİA saytlar üçün də müsabiqə şərtlərini AÇIQLADI

MEDİA 16 qəzetə maliyyə yardımı ayırır - SİYAHI

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

MEDİA jurnalistlər üçün yeni müsabiqə elan etdi - ŞƏRTLƏR