Gündəm / Siyasət / Dünya
ABŞ İrana xəbərdarlıq edib
[center][img]https://globalpress.az/uploads/posts/2023-11/1699291013_1698799867-98198
ABŞ regional tərəfdaşları vasitəsilə İrana və Livanın “Hizbullah” hərəkatına İsrailə hücum olacağı təqdirdə hərbi müdaxiləyə hazır olduqları barədə xəbərdarlıq edib
Eyni zamanda ABŞ dövlət katibi Entoni Blinken İranla münaqişə axtarışında olmadığına inandırıb.
Blinken bazar günü İordan çayının qərb sahilinə və İraqa səfər edib. O, Fələstin rəhbərliyini Birləşmiş Ştatların Qəzza zolağının əhalisinə dəyən zərəri minimuma endirmək üçün İsrailə təsir göstərməyə hazır olduğuna inandırmağa çalışıb. Həmçinin İranı münaqişəyə qarışmaqdan çəkindirib.
“Biz İranla münaqişə axtarmırıq və bunu çox açıq şəkildə ifadə etmişik. Lakin biz istər hərbi, istərsə də mülki şəxsi heyətimizi qorumaq üçün lazım olan hər şeyi edəcəyik”, – ABŞ dövlət katibi deyib.
Mənbə : The New York Times .