Gündəm / İqtisadiyyat / Dünya
BVF Ukraynaya yardım ayırır

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün təxminən 900 milyon dollar həcmində yardımın növbəti tranşını cəlb etməyi nəzərdən keçirir.
Globalpress.az- ın məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Teleqram kanalında bildirib.
O bildirib ki, BVF-nin Avropa Departamentinin direktoru Alfred Kammer ilə onlayn söhbət aparıb, struktur islahatlarının həyata keçirilməsini müzakirə edib.