Gündəm / İqtisadiyyat / Cəmiyyət
14:05, 01 Kasım 2023
0

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verdi


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9 %-dən 8,5 %-ə endirilməsi barədə qərar qəbul edib.
Globalpress.az xəbər verir ki, bu barədə AMB xəbər yayıb

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7,5 %-dən 7 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 10 %-dən 9,5 %-ə endirilib.

"Bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 20-də ictimaiyyətə açıqlanacaq.
Digər xəbərlər: