Gündəm / Siyasət / Dünya
07:15, 01 Kasım 2023
0

İsrail ordusu bir neçə istiqamətdən hücuma keçib

İsrail ordusu  bir neçə  istiqamətdən  hücuma keçib



İsrail ordusu Fələstinin Qəzza zolağına beş istiqamətdən hücuma keçib.
Globalpress.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanal bildirir ki, Qəzza zolağının şimalında İsrail hərbçiləri ilə fələstinli qruplar arasında şiddətli toqquşmalar gedir. Döyüş Beyt Hanun keçid məntəqəsi ərazisində qeydə alınıb.

Hələlik tərəflərin itkiləri barədə məlumat verilmir.

“Al Arabiya”nın qeyd etdiyi kimi, İsrail quru qüvvələrinin hərəkətləri Qəzza zolağının hava hücumları və artilleriya atəşi ilə eyni vaxtda həyata keçirilir.
Digər xəbərlər: