Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial
Yaşayış minimumu və ehtiyac meyarı qaldırılır

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək.
Globalpress.az- ın məlumatına görə bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.
Qeyd edək ki, 2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat olub. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib.
Daha çox xəbər:

Gələn il üçün ehtiyac meyarının həddi I oxunuşda TƏSDİQLƏNDİ

Ünvanlı sosial yardımın təyini üçün müəyyən edilən göstərici açıqlanıb

2024-cü il üçün yaşayış minimumun məbləği açıqlanıb

Milli Məclis gələn il üçün ehtiyac meyarının həddini II oxunuşda qəbul edib

Gələn ildən bir ailə üçün ünvanlı sosial yardım 500 manatdan çox olacaq