Gündəm / Siyasət / Dünya
Zakir Həsənov Çində açılışda iştirak

Çində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış mərasimində iştirak edib.
Globalpress.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə "Əsas güc ölkələrinin məsuliyyəti və qlobal təhlükəsizlik əməkdaşlığı" mövzusu üzrə məruzə dinlənilib.
Müdafiə nazirinin Çində səfəri davam edir.