Gündəm / Siyasət / Dünya
ABŞ sanksiya tətbiq edib

Globalpress.az xəbər verir ki, ABŞ HƏMAS və Sepahla əlaqəsi olanlara sanksiya tətbiq edib
ABŞ-nin Maliyyə Nazirliyi HƏMAS silahlı qruplaşması və İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) ilə əlaqəsi olanlara qarşı sanksiyanın ikinci mərhələsini oktyabrın 27-də tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi açıqlamasında bildirib ki, tədbirlər HƏMAS-ın investisiya portfelindəki əlavə aktivləri və qruplaşmaya bağlı şirkətlərin sanksiyalardan yayınmasına yardım edən insanları hədəf alıb
Mənbə Reuters