Gündəm / Siyasət / Hadisə / Dünya
19:37, 25 Ekim 2023
0

Ukrayna Rusiya xüsusi təyinatlılarının bazasını vurub

Ukrayna Rusiya xüsusi təyinatlılarının bazasını vurub


Sevastopol yaxınlığında Rusiya xüsusi təyinatlılarının bazası vurulub.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahına yaxın olan “Snuffbox” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, hücum oktyabrın 24-ü axşam saatlarında baş verib. Baza iki raket və bir PUA ilə hücuma məruz qalıb.

"Raket xüsusi təyinatlıların məxfi bazasına dəyib. Sevastopol yaxınlığında yerləşir. Qeyd edək ki, obyekt o qədər məxfiləşdirilib ki, heç bir mənbə bu bazanın harada yerləşdiyini deyə bilməz”, - kanal yazıb.

Hücum nəticəsində onlarla rusiyalı hərbçinin öldüyü, yaralıların isə diqqət çəkməmək üçün yarımadanın müxtəlif xəstəxanalarına aparıldığı bildirilib.
Digər xəbərlər: