Gündəm / Cəmiyyət / Hadisə
00:04, 20 Ekim 2023
0

Bu gün Zəngilan işğaldan azad olundu

Bu gün Zəngilan  işğaldan azad olundu


Globalpress.az xəbər verir ki, bu gün Zəngilan Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq.

Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - oktyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.

Azad olunan ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.
Digər xəbərlər: