Gündəm / Hadisə / Dünya
Türkiyədə 3 günlük milli matəm elan ediləcək

Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan ediləcək.
Globalpress.az xəbər verir ki,milli matəmin bu gün dərc olunacaq Prezident Fərmanı ilə başlayacağı gözlənilir.
AK Partiya sözçüsü Ömər Çelik məsələ ilə bağlı açıqlama verib:
“Bu, böyük millətimizin Fələstindəki məzlumlarla həmrəyliyinin və qəlbimizin onlarla olduğunun ifadəsidir”.
Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. `
Mənbə NTV- Türk