Gündəm / Cəmiyyət / Hadisə / Dünya
11:30, 11 Ekim 2023
0

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub

İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub


HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycanəsilli şəxs həlak olub.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Vəfat edən azərbaycanlıların kimliyi də məlum olub:

Şamil Abbasov - İsrail vətəndaşı;

Emin Axundov - İsrail vətəndaşı

Roman Qandel - İsrail vətəndaşı;

Elkin Nəzərov - İkili vətəndaş (Azərbaycan-İsrail).

Bildirilir ki, vəfat edənlərdən Elkin Nəzərov İsrailin Kiryat Yam şəhərində dəfn edilib.

Qeyd edək ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.
Digər xəbərlər: