Gündəm / Cəmiyyət / Hadisə
15:33, 13 Ekim 2023
0

Mina qurbanlarının sayı 333 nəfərə çatıb

Mina qurbanlarının sayı 333 nəfərə çatıb


Azərbaycanda mina qurbanlarının sayı 333 nəfərə çatıb.

Globalpress.azxəbərverirki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə bağlı “X” hesabında yaydığı paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində mülki şəxslər minaya düşüb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Digər xəbərlər: