Gündəm / Siyasət / Cəmiyyət
14:30, 12 Ekim 2023
0

Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir

Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.
Globalpress.az xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.
Digər xəbərlər: