Gündəm / İqtisadiyyat / Dünya
Gürcüstanda bu qərar qüvvəyə minir

Bu gündən un, kəpək və arpa üçün yeni idxal rüsumları qüvvəyə minib
Hökumətin qərarına əsasən, unun idxal rüsumu 50 lari artır, kəpək və arpaya isə 100 lari idxal vergisi qoyulur.
Globalpress.az xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Tengiz Nasaridze məlumat verib.
Onun sözlərinə görə, 1 ton unun idxalı üçün dövlət rüsumu 200 lari əvəzinə 250 lari təşkil edəcək. O bildirib ki, bu qərar yerli buğda istehsalçılarına yetişdirdikləri buğdanın qiymətinə satmaqda böyük köməklik göstərəcək.
Nazir müavini qeyd edib ki, ölkədə kifayət qədər un ehtiyatının olması səbəbi ilə unun idxal rüsumunun artırılması çörəyin qiymətinə heç bir şəkildə təsir etməyəcək.
Nazir müavini bildirib ki, sözügedən dəyişiklik mart ayınadək qüvvədə olacaq, lakin hər hansı müdaxiləyə ehtiyac olarsa, prosesə uyğun qərar veriləcək.
Mənbə 24news.ge