Gündəm / Cəmiyyət / Sosial
Kamran Əliyev Gəncəyə səfər edib

Baş prokuror Kamran Əliyev Gəncəyə səfər edib.
Globalpress.az xəbər verir ki, Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib.
Kamran Əliyev Qələbə parkında memorial kompleksi ziyarət edib, ermənilərin raket hücumu nəticəsində dağılan ərazi ilə tanış olub. Orada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül dəstəsi düzüb.
Baş prokurora cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. O da qeyd edilib ki, raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” və digər raketlərdən atəşə tutulub
Daha çox xəbər:

Ukrayna naziri Gəncəyə səfər edib - FOTO

Bu hadisə müharibə cinayətidir" - Hikmət Hacıyev

Ermənilərin Gəncə terrorunda sağ qalan balaca Xədicədən xəbər var - VİDEO

Erməni terroru zamanı şəhid olan Zəhra və nənəsinin xatirəsi anılıb

Gəncədə ermənilərin atdığı raketlə dörd nəfərin şəhid olduğu ev yenidən bərpa olundu - FOTO