Gündəm / Siyasət / Dünya
Qarabağdakı vəziyyəti izləyirik

Hindistan Qarabağdakı vəziyyəti izləyir və regiondakı vəziyyətin diplomatik yollarla həllinin tərəfdarıdır.
Globalpress.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi brifinqdə bildirib.
“Qarabağda baş verən hadisələrə gəlincə, biz vəziyyəti izləyirik və tərəfləri dialoq və diplomatiya yolu ilə regionda bütün mülki şəxslərin təhlükəsizliyini təmin edəcək uzunmüddətli sülhün bərqərar olmasına çağırırıq”, - deyə o qeyd edib.