Gündəm / Siyasət / Dünya
Məqsədimiz Azərbaycana beynəlxalq təzyiqləri artırmaqdır

Bu gün BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı mənzil-qərargahında “Ərzaq təhlükəsizliyinin təmin edilməsi və münaqişə vəziyyətlərində aclığın aradan qaldırılması” mövzusunda açıq müzakirə keçiriləcək. Bu müzakirə zamanı Ermənistan tərəfi Qarabağdakı vəziyyəti təqdim edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin çoxtərəfli siyasət və inkişaf əməkdaşlığı departamentinin rəhbəri David Knyazyan jurnalistlərə müsahibəsində verib.
“Əlbəttə, mövzu tamamilə bizim vəziyyətimizə uyğundur, erməni tərəfi məruzə edəcək və vəziyyəti təqdim edəcək. Laçın dəhlizinin açılmasını təmin etmək üçün bütün beynəlxalq forumlarda mövcud vasitələrdən istifadə edəcəyik. Bu cür alətlər çoxdur, biz onlardan ardıcıl olaraq istifadə edirik və lazım gəldikdə həyata keçiririk, məqsəd Azərbaycana beynəlxalq təzyiqləri artırmaqdır”, - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının iclasında Ermənistan adından xarici işlər nazirinin müavini Vahe Gevorqyan çıxış edəcək.
Daha çox xəbər:

Məqsədimiz Azərbaycana beynəlxalq təzyiqləri artırmaqdır

BMT yenidən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

BMT bu gün yenidən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Nazirlər hansı məsələləri müzakirə edəcək

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarmalıdır