Gündəm / Siyasət / Dünya
Təhlükə yaranarsa, bu halda..

Əgər Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranarsa, biz nüvə silahından istifadə edəcəyik.
Globalpress.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlaması zamanı bildirib.
"Ağılı və yaddaşı yerində olan birinin Rusiyaya qarşı nüvə silahından istifadə etməyi fikirləşəcəyini düşünmürəm. Rusiyanın hərbi doktrinasında ölkənin nüvə silahından istifadə etməsinin iki mümkün səbəbi var. Birinci bizə qarşı nüvə silahının tətbiqi, yəni buna cavab olaraq əks-hücum tədbiri. İkinci səbəb isə Rusiya dövlətinin varlığına təhlükənin olmasıdır", - deyə Putin bildirib.
Nüvə silahları ilə bağlı Rusiyanın hərbi doktrinasında hər hansı dəyişikliyə ehtiyac olmadığını vurğulayan Putin, bu gün Rusiya dövlətinin varlığını təhdid edəcək heç bir vəziyyətin olmadığını da qeyd edib.
Daha çox xəbər:

Putin AÇIQLADI: “Bu halda nüvə silahından istifadə edəcəyik”

Rusiya hansı hallarda nüvə silahından istifadə edəcək?

Rusiyadan nüvə silahı AÇIQLAMASI: "Bu halda istifadə edəcəyik"

Rusiya nüvə silahından istifadə edəcəyinə dair iddialara münasibət bildirib

Zelenski Rusiya Prezidentinin nüvə təhdidinə münasibət bildirib