Gündəm / Siyasət / Dünya
" Etnik təmizləmə " iddiası təsdiqini tapmayıb

ABŞ-nin Dövlət Departamenti Ermənistanın guya Qarabağda “etnik təmizləmə”nin olmasına dair iddialarını təsdiqləməyib.
Globalpress.az- ın məlumatına görə , bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ “etnik təmizləmə və soyqırımı kimi iddialara çox ciddi yanaşır”:
“Lakin, həmişə olduğu kimi, soyqırımı və etnik təmizləmə məsələlərində nəticə çıxarmaq sübutlara söykənən dolğun proses tələb edir. Hazırda bununla bağlı hər hansı nəticəyə vara bilməyəcəyəm”.