Gündəm / Siyasət / Dünya
Fransa səfiri Rusiya XİN- ə çağrılıb

Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Ona Yeni Delhidə keçirilən G20 sammitində Fransa Prezidenti Emmanuel Makron tərəfindən mətbuat konfransına girişi kobud şəkildə qadağan edilmiş iki rusiyalı jurnalistə qarşı Fransa hakimiyyəti nümayəndələrinin ayrı-seçkilik və açıq şəkildə rusofob hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib.
XİN-dən bildirilib ki, Rusiya tərəfi Parisin mətbuat azadlığının fundamental prinsipini açıq-aşkar pozan və onun nümayəndələrinin öz işini görməsinə mane olan qeyri-dost əməllərinə prinsipial qiymət verib.