Gündəm / Siyasət / Dünya
Səfir XİN- ə çağırılıb

ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalpress.az- ın məlumatına görə, səfirə iki amerikalı diplomatın "persona non grata” elan edilməsi və 7 gün ərzində ölkəni tərk etməli olduğu barədə məlumat verilib.
Qeyd edək ki, söhbət ABŞ səfirliyinin birinci katibi C.Sillin və səfirliyin ikinci katibi D.Bernstayndan gedir.
Rusiya, həmçinin ABŞ-yə daxili işlərə müdaxilənin qəbuledilməz olduğunu və qəti şəkildə dayandırılacağını bildirib. Xarici İşlər Nazirliyi ümid edir ki, amerikalılar nəticə çıxaracaq və qarşıdurma xarakterli addımlardan çəkinəcəklər.