Gündəm / Siyasət / Dünya
06:56, 14 Eylül 2023
0

Açıq qapı siyasətində güzəştə getməyəcəyik

Açıq qapı siyasətində  güzəştə getməyəcəyik


ABŞ NATO-nun "açıq qapı" prinsipindən imtina etmək niyyətində deyil.

Globalpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“NATO-nun "açıq qapı" siyasəti var və biz bu siyasətdə güzəştə getməyəcəyik”, - Miller deyib.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı 1949-cu ildə “Vaşinqton müqaviləsi”nin imzalanması və ratifikasiya edilməsindən sonra təsis edilib. Təşkilat “Atlantika paktı” və ya “Atlantika alyansı” da adlanır. Mənzil Qərargahı Brüssel şəhərində yerləşir. Hazırda təşkilata 28 üzv ölkə daxildir.
Digər xəbərlər: