Gündəm / Hadisə / Dünya
18:47, 13 Eylül 2023
0

Hindistanda yağışlar insanların həyatına son qoyub

Hindistanda yağışlar  insanların həyatına son qoyub


Hindistanın Uttar-Pradeş ştatında son üç gündə yağan güclü yağışlar nəticəsində azı 28 nəfər ölüb.
Globalpress.az xəbər verir ki, şənbə günündən etibarən ştatın bir sıra rayonlarında güclü yağışlar müşahidə olunur. Bəzi ərazilərə iki gün ərzində 100 mm-dən çox, Bəhrayç və Barabanki rayonlarına isə cəmi 24 saat ərzində 250 mm-dən çox yağış düşüb. Sentyabrın 14-15-də ştat üzrə güclü yağışın davam edəcəyi, sonra isə yalnız zəif yağış yağacağı gözlənilir.

Meteoroloqlar xəbərdarlıq ediblər ki, Benqal körfəzi üzərində aşağı təzyiq zonası formalaşır və buna görə də yaxın iki-üç gündə sahilyanı Odişa əyalətində leysan və tufan gözlənilir.
Digər xəbərlər: