Gündəm / Siyasət / Dünya
07:45, 11 Eylül 2023
0

İtaliya G20 sammitindən razı qalıb

İtaliya  G20 sammitindən razı qalıb


İtaliya Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 ölkələrinin liderlərinin Zirvə toplantısının işindən razı qalıb.

Globalpress.az xəbər verir ki, bu sözləri İtaliyanın Baş naziri Ciorcia Meloni sammitin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

C.Meloni müzakirələrin asan olmadığını, lakin Zirvə toplantısının uğurla başa çatdığını və sammitin işindən məmnunluğunu bildirib.

“G20 inkişaf etməkdə olan ölkələrlə dialoqa imkan verən strateji və çoxtərəfli platformadır. Yekun bəyannamədə Ukraynaya xüsusi yer verilib. Bu, konsensus bəyannaməsidir. Düşünürəm ki, yekun bəyannamənin qəbul edilməsi bu kontekstdə çox vacib, mürəkkəb və çətin iş idi”, - deyə Baş nazir qeyd edib.
Digər xəbərlər: