Gündəm / Siyasət / Dünya
14:13, 07 Eylül 2023
0

Yeni müdafiə naziri kollektivə təqdim edildi

Yeni müdafiə  naziri  kollektivə  təqdim  edildi



Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yeni müdafiə naziri Rüstəm Umerovu kollektivə təqdim edib.

Globalpress.az xəbər verir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib.

Zelenski Umerovun qarşısında duran tapşırıqları bəyan edib: “Onun əsas tapşırıqları ümumilikdə bütün müdafiə sahəsi üçün nazirliyin strateji və koordinasiya funksiyalarının gücləndirilməsi, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və Ukraynanın NATO-ya üzvlüklə bağlı öhdəliklərinin icrasının təmin edilməsidir”.

Xatırladaq ki, sentyabrın 6-sı Ali Rada R.Umerovu müdafiə naziri olaraq təsdiq edib. O bu vəzifədə Aleksey Reznikovu əvəz edəcək.
Digər xəbərlər: