Gündəm / Cəmiyyət / Sosial
Nazir müavini Vüsal Nəsirli Zərdab rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sentyabrın 15-də Zərdab rayonunda sakinləri qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 06 - 12 sentyabr tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Daha çox xəbər:

Nazir müavini Vüsal Nəsirli Astara rayonunda vətəndaşları qəbul edəcək

Nazir müavini Vüsal Nəsirli Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək

Nazir müavini Vüsal Nəsirli Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək

Nazir müavini Hidayət Abdullayev Ağdam rayonunda vətəndaşları qəbul edəcək

Nazir müavini Hidayət Abdullayev Lerik rayonunda vətəndaşları qəbul edəcək