Gündəm / Cəmiyyət
Tibbi tullantıların düzgün idarə olunması sahəsində növbəti maarifləndirici tədbirlər keçirilib

Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu sahədə növbəti görüşlər Tovuz Diaqnostika və Hemodializ Mərkəzində, Tovuz rayonu Əyyublu kənd Ailə Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər 1 saylı Ailə Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər Vərəm Xəstəxanasında və Bakı şəhəri Diaqnoz Tibb Mərkəzində keçirilib.
Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumatlar verilib.



Daha çox xəbər:

Tibbi tullantıların düzgün idarə olunması sahəsində maarifləndirici tədbirlər keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub

Ərazi tullantılardan təmizlənib

Tullantıların düzgün idarə olunmamasına görə cavabdeh şəxslər cərimələnib

Azərbaycan nümayəndə heyəti Qlobal Ekologiya Fondunun 7-ci Assambleyasında iştirak edib