Gündəm / Cəmiyyət / Sosial
Avtomobil qatara çırpılıb

Azərbaycan Dəmir Yolları”na məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan “Azsamand” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərək qatara çırpılıb.
Globalpress.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
“ADY bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol-Hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır”, - deyə QSC-dən bildirilib.
Daha çox xəbər:

Elektrovozla minik maşını toqquşub

Bakıda avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var

Qazaxda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

Azərbaycanda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb

Hava şəraiti ilə əlaqədar bəzi dəmir yolu xətlərində sürət həddi azaldıla bilər - XƏBƏRDARLIQ