Gündəm / Cəmiyyət / Sosial
Laçına növbəti köç yola salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.
Globalpress.az xəbər verir ki, bu gün Laçın şəhərinə növbəti köç yola düşür.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.