Gündəm / Cəmiyyət
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəki şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 avqust 2023-cü il tarixdə Şəki şəhərində, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Şəki və Qax rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 30 avqust 2023-cü il tarixdə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaqdır.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
Daha çox xəbər:

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qobustan şəhərində vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov özünə yeni köməkçi təyin etdi

Kəmaləddin Heydərov qəbul günlərini LƏĞV EDİB?