Gündəm / Cəmiyyət / Sosial
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub, 3,8 min şəxs proqramda iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu il daha 18 min müraciət olub və proqrama daha 1000-ə yaxın şəxs cəlb edilib.
Proqram "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarını əhatə edir.
DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsi, vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və s. işlərdə dəstək verirlər.
DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb. Həmin vaxtdan “Könüllü DOST” proqramına 96149 müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 3802 nəfərdir.
Daha çox xəbər:

Abşeronda DOST Mərkəzinin açılışı olub - FOTO

İlham Əliyev “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB

Bu vətəndaşlara mənzil və avtomobillər veriləcək - RƏSMİ

İlham Əliyev 5 saylı DOST Mərkəzinin açılışında iştirak etdi

Dövlət Sosial Müdafiə Fondunun Bakıda iki qurumu yaradılıb