Gündəm / Hadisə / Dünya
Cənub bölgəsində güclü zəlzələ olub

Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.
Qeyd edək ki, təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.