Gündəm / Siyasət / Dünya
Moskvaya PUA hücumu olub

Globalpress.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb.
Moskvanın sakinləri təcili yardım xidmətlərinə şəhərin müxtəlif yerlərində partlayışlar barədə məlumat verirlər.
“Xüsusən, Moskva şəhəri ərazisində, Vorotinskaya, Anqarskaya küçələrində, həmçinin Ximkidə və Mitinoda partlayışlar barədə məlumatlar var”, – agentliyin həmsöhbəti bildirib.
Paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.
“PUA-nın Moskva vilayətinə çatmasından sonra zərərçəkən olmayıb, operativ xidmətlər hadisə yerinə gedib”, – mer bildirib.
Moskvanın hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.