Gündəm / Siyasət / Dünya
15:26, 16 Ağustos 2023
0

Rumıniya bizim üçün vacib qoruyucudur, Rusiya isə.....

Rumıniya  bizim üçün  vacib  qoruyucudur, Rusiya  isə.....


Moldova prezidenti Maya Sandu Rusiyanı ölkəsi üçün qeyri-sabitlik mənbəyi adlandırıb. Eyni zamanda o, Rumıniyanın “vacib qoruyucu” olduğunu vurğulayıb...

Globalpress.az- ın məlumatına görə, prezident belə bəyanatla Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Moldovanın səfirləri ilə təşkil etdiyi görüşdə çıxış edib.

“Rusiya bizim üçün qeyri-sabitlik mənbəyi olmağa davam edəcək. Siz gördünüz ki, bu il Rusiya qüvvələri Moldovada sabitliyi pozmağa, hətta konstitusiya hökumətini devirməyə cəhd etməyə çalışıb. Digər tərəfdən, bizim bəxtimiz gətirib ki, Rumıniya Moldovanı dəstəkləyir. O, bizim xarici siyasətimizi dəstəkləyən mühüm müdafiəçidir”, deyə Maya Sandu vurğulayıb.

Prezident Moldovanın Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara tez bir zamanda başlamağa çalışdığını da bəyan edib və iqtisadiyyatın dirçəldilməsinin zəruriliyini xatırladıb.
Digər xəbərlər: