Gündəm / Siyasət / Cəmiyyət
Hikmət Hacıyev Azərbaycanda akkreditasiya olunmuş jurnalistlərə müsahibə verib

Ağdam-Xankəndi yolu Xankəndi ilə Azərbaycanın əsas hissəsini birləşdirir. Qarabağ hər zaman Azərbaycanla bu yol vasitəsilə bağlı olub. Təbiət özü bu bağlılığı yaradıb. Çünki Qarabağdan Ermənistana gedən yol dağlardan, çətin ərazilərdən keçir, yəni, keçilməz bir çətinlik var.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu yolun bir siyasi anlamı da var.
"Siyasi anlamı odur ki, Qarabağ Azərbaycandır. Paşinyan da, Ermənistan da bunu qəbul etməyə vadar edildi. Təbii ki, onlar bunu könüllü olaraq etmədilər. Bizim zəfər savaşından sonra onlar məcburən bunu qəbul etməli oldular. Əgər qəbul ediblərsə, bunun növbəti mərhələsi Qarabağın Azərbaycana reinteqrasiyasıdır.
Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olaraq, orada yaşayan erməni toplumunun da Azərbaycan hüquqlarını, təhlükəsizliyini öz konstitusiyası əsasında təmin etməyə hazırdır.
Bu yol da əslində kiminsə üçün texniki görünə bilər, amma bu texniki deyil. Yol sabitlikdir, inkişafdır və gördüyünüz kimi, Azərbaycan yollar qurduğu halda Ermənistan yollara maneələr qurur", - deyə H.Hacıyevc əlavə edib.
Daha çox xəbər:

Hikmət Hacıyev Alen Simonyana cavab verib.

Biz Füzuli - Şuşa yolunu da təklif etmişik

Biz Füzuli - Şuşa yolunu da təklif etmişik

Hikmət Hacıyev: “Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır”

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə PKK terrorçularının gətirilməsi üçün dəhliz yaradıb - Hikmət Hacıyev