Gündəm / Siyasət / Cəmiyyət
10:39, 16 Ağustos 2023
0

Xarici jurnalistlər Laçın şəhərində və buraxılış məntəqəsində olublar

Xarici  jurnalistlər  Laçın şəhərində və buraxılış  məntəqəsində  olublar


Azərbaycanda səfərdə olan xarici jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar.
Globalpress.az xəbər verir ki, xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır.



Bütün bunlar Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu sübut edir.

Qonaqlar, həmçinin, Laçın şəhərində olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərinin gedişatı ilə bağlı da ətraflı məlumat verilib.
Digər xəbərlər: