Gündəm / Hadisə / Dünya
13:31, 15 Ağustos 2023
0

Həsən Ruhaniyə qarşı cinayət işi başlanıb

Həsən  Ruhaniyə  qarşı cinayət işi başlanıb


İranın sabiq Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.

Globalpress.az xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi bugünkü mətbuat konfransında bildirib.

“Həsən Ruhaniyə qarşı din xadimləri üçün xüsusi prokurorluqda müvafiq yurisdiksiya saxlanılmaqla cinayət işi qaldırılıb”, - o qeyd edib.

Həsən Ruhani valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham olunur.
Digər xəbərlər: