Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktını pisləyib.

Globalpress.az- ın məlumatına görə, bu barədə XİN-in Tvitter səhifəsində bildirilib.
"İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətli şəkildə qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk", - qeyd olunub.
Xatırladaq ki, avqustun 13-də İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb, azı səkkiz nəfər xəsarət olub.
Daha çox xəbər:

GUAM Azərbaycan xalqına başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verib

Monteneqrodan Azərbaycana başsağlığı: “Diplomatik nümayəndəliklərə qarşı zorakılıq yolverilməzdir”

Monteneqrodan Azərbaycana başsağlığı: “Diplomatik nümayəndəliklərə qarşı zorakılıq yolverilməzdir”

Daha bir ölkə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı silahlı hücumu pisləyib