Gündəm / Cəmiyyət / Təhsil
11:18, 14 Ağustos 2023
0

Kolleclərə sənəd qəbulu başlayır

Kolleclərə  sənəd qəbulu  başlayır


Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start verilir.

Globalpress.az xəbər verir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq: "Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər".
Digər xəbərlər: