Gündəm / Cəmiyyət / Təhsil
Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı
Ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Globalpress.az - a
bildirilib ki, ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi 16-28 avqust, 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə 8-17 avqust tarixlərində aparılacaq.
İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla buradan tanış olmaq mümkündür.
Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə iyulun 21-də keçirilən imtahan nəticələri bu həftə ərzində elan olunacaq.
Daha çox xəbər:

ELM VƏ TƏHSİL 22 May , 2022 18:20 II ixtisas qrupu üzrə qəbul imtahanındakı test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar

Bu gün ali məktəb və kolleclərə ərizə qəbulu başa çatır

Yay qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlanır

Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verdi