Gündəm / Cəmiyyət / Sosial
13:44, 11 Ağustos 2023
0

DYP müraciət eləyib

DYP  müraciət  eləyib


Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar sürücülərə müraciət edib.
Globalpress.az xəbər verir ki, müraciətdə deyilir:



"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 128.6-cı kilometrliyində, yolun hər iki tərəfində elektron tərəzilərin quraşdırılması ilə əlaqədar aidiyyəti qurum tərəfindən hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib
Lakin təəssüf ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə əsas yola çıxmağa çalışırlar ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qəzaların və digər xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərə müraciət edərək onlardan sözügedən ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etməyi, mövcud vəziyyəti anlayışla qarşılamağı və digər hərəkət iştirakçılarına münasibətdə ehtiramla davranmağı xahiş edir".
Digər xəbərlər: